Yuxarı

Messi: "Argentina yığması əminliyini əldə etməli idi"

​Messi: "Argentina yığması əminliyini əldə etməli idi"

Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Qətər milli komandası ilə Amerika Kubokunun qrup mərhələsinin üçüncü turunun matçının yekununu dəyərləndirib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Argentina yığması yaxşı matç keçirdi və uddu. Bu prinsipial idi. Belə matç əminliyi və sakitliyi əldə etmək üçün bizə lazım idi. Komanda oyundan oyuna böyüməlidir və bu matç da istisna deyil", - deyə Argentina yığmasının mətbuat xidməti Messidən sitat gətirib.

Qeyd edək ki, görüş Argentina yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Messinin özü isə qarşılaşmanın oyunçusu adlandırılıb.

Argentina iyunun 28-də yarışın dörddə bir finalında Venesuela yığmasına qarşı oynayacaq.

Braziliyada keçirilən turnir iyulun 7-də yekunlaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi