"Yuventus"un hücumçusu mövsümün sonunadək sıradan çıxıb
Futbol
- 20 aprel, 2019
- 13:32
İtaliyanın "Yuventus" klubunun futbolçusu Mario Mancukiç mövsümün qalan hissəsini buraxmalı olacaq.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.
52 yaşlı mütəxəssis bildirib ki, məşq vaxtı dizindən aldığı zədə xorvatiyalı forvardın bu mövsüm meydana dönüşünə imkan verməyəcək.
"Corriere Della Sera" isə 33 yaşlı hücumçunun Turin komandasındakı gələcəyinin sual altında olduğunu yazıb. Baxmayaraq ki, onunla iki həftə əvvəl 2021-ci ilin iyununadək yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, 2018-2019 mövsümündə Mario Mancukiç 32 oyuna 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, 2018-ci il dünya çempionatından sonra Xorvatiya yığmasındakı karyerasını başa vurub.
Son xəbərlər
05:41
KİV: Vaşinqton Yaxın Şərqə minlərlə hərbçi göndərmək variantlarını nəzərdən keçirir
Digər ölkələr05:04
İran Ras-Laffandakı sənaye obyektlərinə yenidən zərbə endirib
Digər ölkələr04:48
Səudiyyə Ərəbistanının XİN başçısı: Fars körfəzi ölkələri eskalasiyaya eskalasiya ilə cavab verəcək
Digər ölkələr04:27
WP: Pentaqon İrana qarşı əməliyyat üçün 200 milyard dollardan çox vəsait tələb edir
Digər ölkələr03:41
İran XİN ABŞ və İsraillə müharibədə atəşkəs variantının nəzərdən keçirilmədiyini açıqlayıb
Region03:17
"Lockheed Martin" Estoniyada "HIMARS" sistemlərinə xidmət mərkəzi inşa edəcək
Digər ölkələr02:48
İsrail əməliyyat başlayandan bəri ilk dəfə İranın şimalına zərbə endirib
Region02:20
Peskov: Rusiyanın ABŞ və Ukrayna ilə danışıqlarına fasilə verilib
Region02:04