Marek Hamşik: "Bakıya uduzmaq üçün gəlməmişik"

Marek Hamşik: "Bakıya uduzmaq üçün gəlməmişik" Əsas qələbə qazanmaqdır. Hesabın fərqi yoxdur. Bunu qol buraxmadan edə bilsək, daha yaxşı olar.
Futbol
10 İyun , 2019 19:51
Marek Hamşik: Bakıya uduzmaq üçün gəlməmişik

"Əsas qələbə qazanmaqdır. Hesabın fərqi yoxdur. Bunu qol buraxmadan edə bilsək, daha yaxşı olar".

"Report" xəbər verir ki, bu fikirləri Slovakiya millisinin kapitanı Marek Hamşik AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Bakıda kifayət qədər slovakiyalı azarkeşin olduğunu və onların dəstəyini hiss etdiyini söyləyib: "Azərbaycan - Macarıstan görüşün izləmişik. Macarların da Bakıda kifayət qədər fanatı var idi".

Təcrübəli oyunçu Azərbaycan millisi və ölkə haqqında da danışıb: "Azərbaycan yaxşı ölkədir. Bakı gözəl şəhərdir. Bakı Olimpiya Stadionunda məşq etdik. Beynəlxalq səviyyədə çox oyun keçirmişəm. Rəqib haqqında məlumatım az idi. Nəzərə alsaq ki, onlar qələbə qazanmayıb. Bünün üçün mübarizə aparacaqlar. Biz Bakıya uduzmaq üçün gəlməmişik. Sabah hücum futbolu oynayıb qələbə qazanmaq istəyirik. Ümidvaram ki, uduzmayacağıq. Sabah pressinq göstərib və aqressiv oynamalıyıq. Nəticəni öz xeyrimizə dəyişə biləcəyik. Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Azərbaycanın yaxşı oyunçuları var".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

Son xəbərlər

Orphus sistemi