Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Daxili siyasət
  • 08 noyabr, 2026
  • 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Bildirilib ki, Zəfər abidəsinin önünə tər güllər düzülüb, Azərbaycanın ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.