“Liverpul” ardıcıl 16-cı qələbəsini qazanıb
Futbol
- 01 fevral, 2020
- 17:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Liverpul” klubu İngiltərə Premyer Liqasının 25-ci turunda “Sautqempton”u qəbul edib.
“Report” xəbər verir ki, görüş Liverpulun “Enfild” stadionunda baş tutub və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilk qolun müəllifi olub.
İkinci hissənin 60-cı dəqiqəsində yarımmüdafiəçi Cordan Henderson komandasının üstünlüyünü artırıb.
İkinci hissənin ortalarında Məhəmməd Salah hesab arasındakı fərqi üçə çatdırıb. 90-cı dəqiqədə isə Salah dubl edib.
Bununla da “Liverpul” klubu İngiltərə Premyer Liqasında ardıcıl 16-cı qələbəsini qazanıb.
Son xəbərlər
20:05
Foto
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Din19:45
Fransa DİN: Ölkə üzrə etirazlarda 256 min nəfər iştirak edib
Digər ölkələr19:44
Foto
Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim"
İdman19:38
Dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblər açıqlanıb
Daxili siyasət19:36
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Futbol19:30
Foto
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
İKT19:23
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Xarici siyasət19:19
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Region19:09