KXDR və Cənubi Koreyanın futbol yığmaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar
Futbol
- 15 oktyabr, 2019
- 11:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar.
“Report” xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Matça azarkeşlər və əcnəbi jurnalistlər buraxılmayıb. Bununla belə, görüşü canlı izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da olub.
Bu komandalar 2010-cu il dünya çempionatının seçmə mərhələsində də eyni qrupa düşüblər. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib.
Qeyd edək ki, 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var.
Son xəbərlər
12:48
Sabah Bakıda 23 dərəcə isti olacaq
Ekologiya
12:46
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət
12:43
Foto
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
12:42
İsveç səfiri Elçin Əmirbəyovla ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət
12:36
Foto
Video
Azərbaycan QHT-ləri imzaladıqları açıq məktubu İran səfirliyinə təqdim ediblər
Xarici siyasət
12:29
Azərbaycanda fəaliyyət göstərən sürücülər üçün imtahan keçiriləcək
Elm və təhsil
12:26
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
Elm və təhsil
12:26
Yaponiyanın Azərbaycandakı səfiri: Tokio biznes və humanitar əlaqələri genişləndirmək niyyətindədir
Xarici siyasət
12:25
Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
İKT