Ronaldu Portuqaliya yığmasının oyunu zamanı aldığı zədəni sağaldıb

Ronaldu Portuqaliya yığmasının oyunu zamanı aldığı zədəni sağaldıb İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu zədəsini tam sağaldıb.
Futbol
4 Aprel , 2019 13:56
Ronaldu Portuqaliya yığmasının oyunu zamanı aldığı zədəni sağaldıb

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu zədəsini tam sağaldıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Hollandiyada "Ayaks"la keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iştirak etməyə hazırdır. Portuqaliyalı oyunçu hazırda yaxşı vəziyyətdədir və bərpa dövrünü başa vurub. 

Bildirilir ki, ulduz futbolçu A Seriyasının XXXI turunda "Milan"la ev oyununa çıxmağa hazırdır, lakin bu, baş verməyəcək. Klub həmin görüşdə Ronaldunun meydanda olmamasını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində Serbiya ilə 1:1 hesablı heç-heçə etdikləri AVR0-2020-nin seçmə oyununda zədələnib. Aprelin 10-da keçiriləcək "Ayaks" - "Yuventus" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi