KİV: İtaliya klubu Mario Balotelli ilə müqavilə imzalayıb
Futbol
- 17 avqust, 2019
- 12:57
İtaliyanın "Breşia" klubu tanınmış futbolçu Mario Balotellini transfer edib.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İtaliya təmsilçisi ilə birillik müqavilə imzalayıb.
Bildirilib ki, forvard bonuslarla birlikdə 1.5 milyon avro qazanacaq. Onun sözləşməsi daha bir il uzadıla bilər.
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marsel"ində çıxış edən forvard bu ölkədə "Nitsa"nın da şərəfini qoruyub. Balotelli müxtəlif vaxtlarda İtaliya millisinin də formasını geyinib. "Breşia" bu mövsüm A Seriyasında mübarizə aparacaq.
Son xəbərlər
19:56
İtaliya Qəzzada polis qüvvələrinin təlimində iştirak etməyə hazır olduğunu bildirib
Digər ölkələr19:47
Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 59-a çatıb
Digər ölkələr19:42
"Real"ın futbolçusu zədə səbəbindən 2 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
Futbol19:31
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə19:28
Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Qaranlıqdan sonra" adlı tədbirdə iştirak edib
Daxili siyasət19:23
Nazir: Kanadanın Baş naziri martın əvvəlində Hindistana səfər edəcək
Digər ölkələr19:13
Azərbaycanda "X"ə giriş qismən bərpa olunub – YENİLƏNİB
İKT19:08
Ermənistanın 2,5 milyona yaxın vətəndaşı parlament seçkilərində səs verəcək
Region19:01