"Keşlə" Bakı toplanışı üçün rəqiblərini müəyyənləşdirib
Futbol
- 19 iyun, 2019
- 11:15
“Keşlə” futbol komandasının yay təlim-məşq toplanışının planı bəlli olub.
"Report"un məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv iyunun 20-dən məşqlərə Bakıda start verəcək.
Komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Keşlə"nin iyunun 29-u və iyulun 24-dəki rəqibləri bəlli deyil.
İyulun 5-də "Kapital Bank Arena"da "Sumqayıt"la qarşılaşacaq paytaxt təmsilçisi iyulun 13-də isə "Zirə"nin qonağı olacaq. Kollektivin hazırlığın ikinci mərhələsi üçün hansı ölkəyə yollanacağı isə bəlli deyil.
Qeyd edək ki, mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıran "Keşlə" Rəşad Əzizli ("Sumqayıt"), Ruslan Qurbanov ("Səbail") və Franko Floresi ("Alki Oroklini", Kipr) heyətinə qatıb.
Son xəbərlər
07:41
Avstraliyada dünyada ilk dəfə uşaqlar üçün xərçəng əleyhinə peyvənd sınağı keçiriləcək
Sağlamlıq07:08
KİV: İqlim dəyişikliyi dünya miqyasında nüvə obyektlərinin təhlükəsizliyini təhdid edir
Ekologiya06:38
Avstraliya İran vətəndaşlarına və qurumlarına sanksiyalar tətbiq edib
Digər ölkələr06:22
Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq
Region05:51
NYT: Klinton cütlüyü Epşteyn işi üzrə ifadə verməyə razılaşıblar
Digər ölkələr05:14
Çində körpü uçub, ölən və itkin düşənlər var
Digər ölkələr04:41
Tramp ABŞ-nin strateji mineral ehtiyatının yaradıldığını elan edib
Digər ölkələr04:08
Lekornyu: Fransanın nəhayət büdcəsi var
Digər ölkələr03:36