Slovakiyalı futbolçu: "Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidir"

Slovakiyalı futbolçu: "Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidir" Qələbə qazanmaq üçün çox istəkli idik. Matçın əvvəlindən buna doğru irəliləyirdik və sona qədər rəqibi təzyiq altında saxladıq.
Futbol
12 İyun , 2019 12:17
Slovakiyalı futbolçu: Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidir

"Qələbə qazanmaq üçün çox istəkli idik. Matçın əvvəlindən buna doğru irəliləyirdik və sona qədər rəqibi təzyiq altında saxladıq".

"Report" xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futbolçusu Milan Şkrinyar AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:5 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Federasiyanın rəsmi saytına açıqlama verən 24 yaşlı müdafiəçi qarşılaşmada gözəl qollar vurduqlarını söyləyib: "1:5 hesablı qələbə qazanmağımıza baxmayaraq asan oyun olmadı. Burada qələbə qazanmalı idik. Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidir". 

Skrinyar deyib ki, 5:1 hesabı ilə qələbə qazanmalarına baxmayaraq, asan görüş olmayıb: "Burada qələbə qazanmalı idik".

Komandasının sonuncu qoluna imza atan David Hançko isə qələbənin asan başa gəlmədiyini bildirib: "Milli komandada ilk qolumu vurmağı bacardım. Çox xoşbəxtəm, ancaq 3 xal daha önəmlidir". 

Hücumçu Robert Bojennik isə gözəl hisslər keçirdiyini dilə gətirib: "Seçmə oyunda 5:1 hesabı ilə qalib gəlmişik. Millidə ilk rəsmi oyunumu keçirdim. Açığı, gözlərim yaşardı. Bu, mənim arzum və ən yüksək hədəfim idi. Balaca uşaq kimiyəm". 

Son xəbərlər

Orphus sistemi