Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.
“Report” xəbər verir ki, dövlət başçısı bu barədə ATV və “A Haber” telekanallarının ortaq yayımında bildirib. Ərdoğan bununla bağlı Azərbaycan Prezidenti
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.