"Qarabağ"dan ayrılan futbolçu Çində: "Burada vəziyyət çox yaxşıdır"
Futbol
- 16 mart, 2020
- 09:13
Qış fasiləsində "Qarabağ"ı Çinin "Çendu Better Siti" klubuna dəyişən futbolçu Dani Kintana yeni komandasının düşərgəsinə qoşulub.
Bu barədə "Report"a ispaniyalı yarımmüdafiəçinin özü məlumat verib. 33 yaşlı yarımmüdafiəçi bildirib ki, bir neçə gündür klubun təmsil etdiyi Çendu şəhərindədir: "Artıq komanda ilə birlikdəyəm. Burada vəziyyət çox yaxşıdır. Hamı normal həyata qayıdıb. Koronavirus təhlükəsi ölkənin bəzi əyalətlərində davam etsə də, Çendu şəhərində hər şey qaydasındadır".
Qeyd edək ki, Dani Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edirdi. O, "köhlən atlar"ın heyətində 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
20:42
Tramp: Hörmüz boğazı İranla münaqişənin tezliklə başa çatmasından sonra açılacaq
Digər ölkələr20:39
Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
Futbol20:35
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
Digər ölkələr20:12
Sabah Bakının iki rayonunda qaz olmayacaq
İnfrastruktur20:11
"Tottenhem" yeni baş məşqçisini açıqlayıb
Futbol20:07
Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer alıb
Elm və təhsil19:48
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi İncirlik bazası ilə bağlı iddiaları təkzib edib
Region19:42
Video
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var
Digər19:38