Çempionlar Liqası üçün yeni mükafat təsis edildi

Çempionlar Liqası üçün yeni mükafat təsis edildi UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib.
Futbol
17 Fevral , 2020 14:23
Çempionlar Liqası üçün yeni mükafat təsis edildi

UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsindən etibarən oyunun ən yaxşısı müəyyənləşəcək. Mükafatçıları UEFA-nin təyin etdiyi müşahidəçilər seçəcəklər.

Qarşıdakı matçlarda seçim prosesində İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt, Belçika yığmasının baş məşqçisi Roberto Martines, İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi Fil Nevill, İrlandiya yığmasının sabiq hücumçusu Robbi Kin, İspaniya "Real Madrid"inin keçmiş müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinə fevralın 18-də keçiriləcək "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) və "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) qarşılaşmaları ilə start veriləcək. Bu mərhələnin oyunlarına martın 17-də yekun vurulacaq.   

Son xəbərlər

Orphus sistemi