Premyer Liqa hakimlərinin Mingəçevir toplanışı başa çatıb

Premyer Liqa hakimlərinin Mingəçevir toplanışı başa çatıb Mingəçevir. 20 yanvar. REPORT.AZ / Azərbaycanın futbol hakimlərinin Mingəçevir şəhərindəki təlim-məşq toplanışının ilkin mərhələsi başa çatıb.
Futbol
20 Yanvar , 2019 12:35
Premyer Liqa hakimlərinin Mingəçevir toplanışı başa çatıb
Foto: "Report"

Mingəçevir. 20 yanvar. REPORT.AZ / Azərbaycanın futbol hakimlərinin Mingəçevir şəhərindəki təlim-məşq toplanışının ilkin mərhələsi başa çatıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, bu mərhələdə Premyer Liqanın baş hakimləri və hakim köməkçiləri iştirak ediblər.

Təşkilati işlərə məsul olan rəsmi şəxslər və təlimin iştirakçıları hazırlıq mərhələsinin gedişindən məmnunluq ifadə edərək, “Kür” Olimpiya Tədris İdman Mərkəzindəki hazırlıq prosesinin plana uyğun həyata keçirildiyi bildiriblər.

Bir həftəlik toplanış müddətində hakimlərin fiziki hazırlığına xüsusi diqqət yetirilib, VAR sistemi barədə məlumatlar genişləndirilib, oyunların idarə edilməsi prosesində ortaya çıxan nöqsanlar müzakirə edilərək onların gələcək oyunlarda təkrarlanmaması üçün iştirakçılara konkret təlimatlar verilib.

3 beynəlxalq dərəcəli hakimin də qatıldığı təlim-məşq toplanışında Premyer Liqada ilk addımlarını atan gənclər də yer alıb. Təlimin gedişində onların hazırlıq səviyyəsinə xüsusi diqqət yetirilib.

Hakim Rəşad Əhmədov “Report”un Şirvan bürosuna açiqlamasında indiyədək onlara qaranlıq olan bir çox suallara toplanış zamanı tam aydınlıq gətirildiyini deyib. Onun sözlərinə görə, belə toplanışlar xarakterindən asılı olmayaraq, hər zaman təkmilləşmə və inkişafa xidmət edib: "Hakimlərin Mingəçevir toplanışı da bu baxımdan hər birimiz üçün faydalı oldu. Bunun faydalarını tezliklə mütləq görəcəyik. Xüsusən, Premyer Liqada ilk addımlarını atan gənclər olaraq, öyrəndiklərimizi daha böyük məharətlə tətbiq etməyə çalışacağıq. Örnək götürə biləcəyimiz nümunələr çoxdur. Əliyar Ağayev, Rauf Cabbarov, Rəhim Həsənov və b. Hər bir hakimdən öyrəniləsi nələrsə var. Yetər ki, istəkli olasan. O ki qaldı Əliyar Ağayev nümunəsinə, səmimiyyətlə etiraf edim ki, gənc hakimlərin əksəriyyəti onun səviyyəsinə çatmağı özünün məqsədinə çevirib. Ondan sonrakı yol haqqında isə yalnız həmin məqama çatdıqdan sonra düşünmək olar. Mən doğma şəhərimdə belə yüksək səviyyəli təlim-məşq toplanışını təşkil etdiyi üçün AFFA rəhbərliyinə gənc hakimlərimiz adından təşəkkür edirəm".

Qeyd edək ki, yanvarın 19-da I Divizionun hakim və hakim köməkçiləri üçün təlim-məşq toplanışı start götürüb.

Son xəbərlər

Orphus sistemi