"Beşiktaş" "Qarabağ"ın sabiq qapıçısı ilə ciddi maraqlanır
Futbol
- 12 may, 2020
- 19:41
Asmir Beqoviç
"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç Türkiyədən ciddi təklif alıb.
"Report"un "Nezavisne Novine"yə istinadən məlumatına görə, bosniya və herseqovinalı qolkiperlə "Beşiktaş" klubu ciddi maraqlanır. "Qara qartallar" müqavilə ilə İngiltərə "Bornmut"una məxsus Beqoviçdən bir neçə mövsüm yararlanmaq niyyətindədir. Hazırda onun icarəyə götürülmə və ya transfer edilmə məsələsi açıq qalır.
Xəbəri təsdiqləyən agenti də 33 yaşlı oyunçunun şərtlər üzərində düşündüyünü açıqlayıb. Onun sözlərinə görə, "Beşiktaş" əvvəllər də təcrübəli qolkiperi heyətində görmək istəyib.
Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.
Son xəbərlər
23:06
Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri istefa verib
Digər ölkələr23:00
Con Hili: Müttəfiqlər Ukraynaya 35 milyard dollarlıq hərbi yardım göstərməyə razılaşıblar
Digər ölkələr22:49
Niderland klubu Rahim Sterlinqi transfer etdiyini açıqlayıb
Futbol22:39
Rütte: ABŞ Ukraynaya azı 12-15 milyard dollarlıq silah tədarük edəcək
Digər ölkələr22:33
Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq
Region22:25
Netanyahu: Tramp İranla bağlı fikrimi eşitmək istəyirdi
Digər ölkələr22:20
Ayxan Abbasov: "Əsas məqsədimiz C Liqasına qayıtmaqdır"
Futbol22:16
"Qarabağ" klubunun prezidenti "Neftçi"yə təşəkkür edib
Futbol22:08