İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Leroy Sane Almaniya "Bavariya"sına keçməyə çox yaxındır.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq 24 yaşlı hücumçu ilə razılıq əldə edib. "Bavariya"nın Almaniya millisinin üzvü ilə 5 illik müqavilə imzalayacağı deyilir.
Hazırda ödəmənin miqdarı ilə bağlı iki klub arasında danışıqlar gedir.
Qeyd edək ki, Leroy Sane 2016-cı ildən "Mançester Siti"də çıxış edir. O, 2019-cu il avqustun 4-də "Liverpul"a qarşı İngiltərə Superkuboku uğrunda matçda zədələnib və bu səbəbdən, 2019/2020 mövsümündə çıxış edə bilməyib. Sane yanvar ayının sonunda komanda ilə məşqlərə başlayıb. Mançester təmsilçisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan Superkubok oyununun penaltilər seriyasında uduzub - 4:5.