Azərbaycan I Divizionu tarixinin ən yaxşı komandaları - SİYAHI

Futbol
  • 20 aprel, 2020
  • 09:08
Azərbaycan I Divizionu tarixinin ən yaxşı komandaları - SİYAHI

Futbol üzrə Azərbaycan çempionatının I Divizionu tarixində ən yaxşı komanda MOİK-dir.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır. 

Bakılılar 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb.

Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) komandalarıdır.  

MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I Divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.

1.MOİK39518777131683-497638
2.Neftçala3041735378608-348572
3.Qaradağ Lökbatan2811654373501-279538
4.Bakılı34613775134478-507486
5.Şahdağ (Qusar)2941337388451-341472
6.Göyəzən38412561198511-730436
7.Şəmkir2501015396330-305356
8.Ağsu2071033767362-271346
9.Energetik (Mingəçevir)3328862182361-723326
10.Turan-Tovuz122572243189-147193

Son xəbərlər

Bütün Xəbər Lenti