Yuxarı

Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb

Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Gənclik UFK” komandasına texniki məğlubiyyət verib.  

"Report"un məlumatına görə, buna Naftalan UGİM-i ilə matçda sənədi olmayan futbolçunun iştirakı səbəb olub. Komanda həmin görüşdə 0:6 hesabı ilə uduzub və komitə hesabı olduğu kimi saxlayıb. 

Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilib - 0:5. Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində bu komandanın oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun, 29-cu dəqiqə 56-cı saniyəsində Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq, Ayberkemre İnceoğlu isə hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi