Avropa Liqasının püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Avropa Liqasının püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək Hələlik həmin şəxsin kimliyi dəqiqləşməyib
Futbol
17 Avqust , 2018 11:11
Avropa Liqasının püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Bakı. 17 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edəcək.

“Report” xəbər verir ki, buna səbəb yarışın final matçının 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmasıdır. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçulardan biri olmalıdır. O, qrup mərhələsindən başlayaraq, bütün püşkatma mərasimlərinə qatılmalıdır. Hələlik həmin şəxsin kimliyi dəqiqləşməyib. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.

Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər. Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.

Qeyd edək ki, 2017-2018 mövsümündə final oyunu Fransanın Lion şəhərində kerçirilib. Finalın səfiri isə İspaniya "Barselona"sının heyətində Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının ikiqat qalibi olmuş Fransa yığmasının sabiq müdafiəçisi Erik Abidal olub.

Son xəbərlər

Orphus sistemi