Yuxarı

AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıya olacaq

​AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıya olacaq

UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb.

"Report"un məlumatına görə, ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununadır.

Bu qarşılaşmalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

Sankt-Peterburqda (Rusiya) təşkil olunacaq qrup oyunları 50 - 185 avroya, 1/4 final matçı isə 75 - 225 avroya olacaq.

Ən bahalı bilet isə Londonda (İngiltərə) keçiriləcək final matçınadır - 945 avro.

51 oyundan 44-nə biletləri 50 avroya almaq mümkündür.

Satışın ilkin mərhələsi 12 iyunda başlanacaq və gələn ilin 12 iyulunadək davam edəcək. Geniş publikaya 1,5 milyon bilet satılacaq.

Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.

Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Bakı, Buxarest, Budapeşt, Sankt-Peterburq və Londondan əlavə, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Münhen (Almaniya) və Roma (İtaliya) da təşkilatçı şəhərlər olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi