İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib
Futbol
- 02 yanvar, 2019
- 06:27
Bakı. 2 yanvar. REPORT.AZ/ London “Arsenal”ının yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasında debüt edən ilk 2001-ci il təvəllüdlü futbolçu olub.
“Report” xəbər verir ki, ötən il sentyabrın 5-də 17 yaşı tamam olan Nigeriya əsilli ingiltərəli oyunçu “topçular”ın XXI turda “Fulhem”i 4:1 hesabı ilə məğlub etdiyi matçda forma geyinib. O, 83-cü dəqiqədə Aleks İvobinin əvəzinə meydana çıxıb.
Qeyd edək ki, Saka cari mövsümdə “Arsenal”ın U-23 komandasının heyətində 12 görüşdə iştirak edib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” hazırda 41 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.
Son xəbərlər
17:52
Sırski: Zaporojye ən qaynar nöqtəyə çevrilib
Digər ölkələr17:36
Muttalip Yerlikaya: Türkiyə və Azərbaycan arasında həmişə şirin rəqabət olub
Fərdi17:30
Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib - YENİLƏNİB-3
Region17:22
Foto
Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb
Komanda17:16
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi17:06
İran ABŞ və İsrailə xəbərdarlıq edib
Region16:52
Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib
Futbol16:45
KİV: Raket qalıqları ABŞ-nin Qüdsdəki konsulunun iqamətgahına düşüb
Digər ölkələr16:33
Foto