İngiltərə Premyer Liqasında antirekorda imza atan klub baş məşqçisini qovub
Futbol
- 15 yanvar, 2019
- 07:21
Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən “Haddersfild” klubu baş məşqçisi David Vaqneri istefaya göndərib.
“Report” Uest-Yorkşir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Vaqner özü mövsümün sonuna qədər postunda qalmaq istəsə də, klubun sahibi Din Hoyl bununla razılaşmayıb.
Komandanı XXIII turda “Mançester Siti” ilə görüşə “Haddersfild”in sabiq oyunçusu Mark Hadson hazırlayacaq.
Qeyd edək ki, “Haddersfild” hazırda 11 xalla sonuncu pillədədir. Tarixi ərzində Premyer Liqada ikinci mövsümünü keçirən klub indiyə qədər keçirdiyi 60 oyundan 31-də qol vura bilməməklə antirekorda imza atıb.
Son xəbərlər
10:04
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Xarici siyasət09:54
Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək
Ekologiya09:51
Qeyri-sabit hava davam edir, Şahdağda 1 metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Ekologiya09:44
Arne Slot mövsümün sonunda "Liverpul"dan ayrılacaq
Futbol09:43
İran BƏƏ-də telekommunikasiya şirkətinin binasına PUA ilə zərbə endirib
Digər ölkələr09:30
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:28
NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb
Daxili siyasət09:27
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihənin təsdiqlənmə müddətini dəyişdirib
Maliyyə09:15