Daha bir futbolçusu "Sumqayıt"dan ayrıla bilər
Futbol
- 01 iyul, 2020
- 09:27
Amil Yunanov
"Sumqayıt"dan heç kim mənimlə əlaqə saxlamayıb. Klubla müqaviləm bitib".
Bu fikirləri "Report"a açıqlamasında son olaraq "Sumqayıt"da çıxış edən futbolçu Amil Yunanov deyib.
27 yaşlı hücumçu karyerası ilə bağlı qeyri-müəyyənliyin olduğunu bildirib. Yunanov başqa təkliflərinin də olmadığını etiraf edib: "Hazırda heç nə bilmirəm. Sadəcə gözləyirəm. Nə xeyirlidirsə, o da olacaq".
Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib, Mehdi Şərifi isə İrana qayıdıb.
Qeyd edək ki, Amil Yunanov 2015 - 2018-ci illərdə və 2019/2020 mövsümündə "Sumqayıt"da oynayıb. Komanda vaxtından əvvəl başa çatdırılan mövsümü 4-cü sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb.
Son xəbərlər
23:13
Tehranda yaşayış binaları atəşə tutulub, 40 nəfər həlak olub
Region23:02
İranda Pəyam Nur Universitetinin 15 tələbəsi ölüb
Region22:51
"USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Hind okeanına istiqamətlənib
Digər ölkələr22:38
Kamal Xərrazi: Vaşinqton artıq iki dəfə Tehranı aldadıb
Region22:27
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a məğlub olub
Futbol22:18
Paşinyan Fransaya işgüzar səfərə gedib
Digər ölkələr22:00
Video
Ərdoğan: İrandakı savaş Cənubi Qafqazdan Asiya və Avropaya qədər yayıla bilər
Region21:52
Foto
Gəncədə ağır yol qəzası baş verib, yaralılar var
Hadisə21:51