"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək" "Sözsüz ki, çempionat bizim üçün sonadək çətin keçəcək. Amma məqsədimiz və planlarımız üçün mübarizə aparacağıq".
Futbol
2 Noyabr , 2022 15:10
Zirənin legioneri: Çempionat bizim üçün çətin keçəcək

"Sözsüz ki, çempionat bizim üçün sonadək çətin keçəcək. Amma məqsədimiz və planlarımız üçün mübarizə aparacağıq".

Bunu "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Nemanya Ancelkoviç deyib.

25 yaşlı müdafiəçi medalçılar sırasına düşmək şansı barədə fikirlərini bölüşüb: "Əvvəlcədən heç nə deyə bilmərəm. Bu, futboldur. Biz əlimizdən gələni edəcəyik və sonadək mübarizə aparmağa çalışacağıq. Bunun üçün hər matça diqqət yetirməliyik".

Serbiyalı oyunçu XII turda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya da toxunub: "Düşünürəm ki, buraxılan ilk qol bizə təsir etdi. Öz oyunumuzu sərgiləməyə və fərqlənməyə çalışdıq, amma alınmadı. Yaxşı qol şanslarımız oldu, lakin istifadə edə bilmədik".

Mövsümün sonunda müqaviləsi başa çatacaq Ancelkoviç "qartallar"da xoşbəxt olduğunu söyləyib: "Müqavilənin uzadılması ilə bağlı heç nə bilmirəm. Hazırda planım yoxdur. Klubumda xoşbəxtəm və burada olmaqdan razıyam. Gələcəkdə nələrin olacağını birlikdə görəcəyik".

Müdafiəçi son olaraq Azərbaycan Premyer Liqasının səviyyəsi barədə danışıb: "Çempionatın səviyyəsi yaxşıdır. Maraqlı yarışdır. Yaxşı klublar və meydançalar var. Bu da biz oyunçular üçün çox vacibdir".

Son xəbərlər

Orphus sistemi