Zaur Axundov: "Mövsümü mütləq titulla bitirməliyik"

Zaur Axundov: "Mövsümü mütləq titulla bitirməliyik" “Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".
Futbol
30 Aprel , 2021 10:00
Zaur Axundov: Mövsümü mütləq titulla bitirməliyik
Zaur Axundov

“Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib.

Funksioner çətin oyundan qalib ayrılan komandasının futbolçularına təşəkkürünü bildirib. O, əsas hədələrinin kuboku qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burada 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq. “Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir. Bizim əsas hədəfimiz də budur. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla siğortalamalıyıq. Yenə deyirəm, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik”.

Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"la qarşılaşacaq. Oyun mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi