"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi karyerasını bitirib
Futbol
- 30 dekabr, 2025
- 14:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yuventus" (İtaliya) və "Barselona"nın (İspaniya) sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını bitirib.
"Report" "Tuttosport"a istinadən xəbər verir ki, futbolçu artıq oynamayacağını bildirib.
O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.
Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Mets", "Lion" (hər ikisi Fransa), "Roma", "Yuventus" (hər ikisi İtaliya), "Barselona" (İspaniya), "Beşiktaş" (Türkiyə) və "Şarjah"ın (BƏƏ) şərəfini qoruyub. M.Pyaniç 2008-2024-cü illər ərzində Bosniya və Herseqovina millisinin heyətində meydana çıxdığı 115 oyunda 18 qolla yadda qalıb.
Son xəbərlər
12:01
Deputat: "Radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir"
İKT
12:00
Foto
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Qarabağ
11:58
Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
Milli Məclis
11:57
Milli Məclis hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
Milli Məclis
11:56
Parlament "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni ratifikasiya edib
Milli Məclis
11:56
"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
Futbol
11:53
Foto
Güclü sel Ordubadın kəndlərində fəsadlar törədib
Hadisə
11:52
Foto
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Daxili siyasət
11:49
Çində 7,0 maqnitudalı zəlzələdə xəsarət alanların sayı 76-ya çatıb - Yenilənib-2
Digər ölkələr