Yunis Hüseynov "Qarabağ"ın Bakıda da "Braqa"nı yenəcəyini düşünür

Yunis Hüseynov "Qarabağ"ın Bakıda da "Braqa"nı yenəcəyini düşünür "Komanda mərkəzi arenada möhtəşəm çıxış edir"
Futbol
22 Fevral , 2024 11:52
Yunis Hüseynov Qarabağın Bakıda da Braqanı yenəcəyini düşünür

"Qarabağ" yenə qələbə qazanacaq, buna şübhəm yoxdur".

Bunu "Report"a Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov Ağdam təmsilçisinin Bakıda "Braqa"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Daha əvvəl "Karvan", "Xəzər Lənkəran", "Kəpəz" və "Keşlə" (hazırkı "Şamaxı") klublarında işləyən mütəxəssis komandanın Tofiq Bəhramov adına Respublika stadionunda həddindən artıq yaxşı oyun sərgilədiyini bildirib.

Hüseynov bugünkü matçda "köhlən atlar"a uğurlar arzulayıb: "Portuqaliyalılar təmsilçimizə rəqib olanda demişdim ki, mərhələni keçəcəyik. Bu da özünü doğruldur. Komanda səfərdə möhtəşəm oyunla qalib gəldi. Cavab matçı öncəsi 2 top fərqi ilə irəlidəyik. Azarkeşlərin dəstəyi də önəmlidir, bu dəfə də möhtəşəm çıxış görəcəyik. 1/8 finala çıxmaq şansımız, demək olar ki, 100 faizdir. "Braqa"nın baş məşqçisinin və futbolçularının açıqlamalarını oxuyuram. Onlar aqressiv oynayacaqlar və qələbə qazanmaq istəyəcəklər. İlk 15-20 dəqiqədə nəticə əldə etmək üçün hücuma atılacaqlar. Amma bu müddət ərzində "Qarabağ" rəqibin boşluqlarından istifadə edərək hesabı açacaq. Azərbaycan çempionunun Bakıda "Braqa"ya şans verəcəyinə inanmıram. Komanda mərkəzi arenada möhtəşəm çıxış edir".

Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı görüşdə "Qarabağ" rəqibini 4:2 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi