​Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib

Futbol
  • 03 sentyabr, 2015
  • 00:29
​Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Yunanıstanın "Veriya" klubunun qapıçısı Stelios Markusi komandanın məşqi zamanı keçinib.

"Report" xəbər verir ki, faciəvi hadisə sentyabrın 2-də qeydə alınıb.

18 yaşlı futbolçu klubun məşqi zamanı huşunu itirib və qazona yıxılıb. Sonradan Markusis xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qapıçıya ürək tutması diaqnozu qoyulub.