Vitali Mutko yenidən Rusiya Futbol İttifaqına prezident seçilib
Futbol
- 24 sentyabr, 2016
- 09:14
Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqına (RFS) növbəti müddətə prezident seçilib. "Report"un məlumatına görə, bu, ölkənin idman naziri Vitali Mutkodur.
RFS prezidenti postu uğrunda mübarizəyə 4 nəfər qatılıb. Lakin Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin və Milli Futbol Liqasının rəhbəri İqor Yefremov namizədliyini V.Mutkonun xeyrinə geri götürüb.
Beləliklə, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin bir rəqibi qalıb. Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), V.Qazzayev isə 142 səs (35 faiz) toplayıb.
Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005 - 2009-cu illərdə RFS prezidenti vəzifəsində çalışıb. O, 2 sentyabr 2015-ci ildə yenidən bu vəzifəyə bir il müddətinə seçilib.
Son xəbərlər
17:04
İsrail ordusu Livanın cənubunda "Hizbullah" silahlılarına zərbələr endirib
Digər ölkələr16:51
Foto
Türkiyə ilə Qətər regional məsələləri müzakirə edib
Region16:49
Hindistanda gil karxanasının çökməsi nəticəsində üç nəfər ölüb
Digər ölkələr16:40
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya16:39
KİV: "Liverpul" baş məşqçi postuna Xabi Alonsonu gətirmək istəyir
Futbol16:17
Peskov Uitkoff-Putin danışıqları ilə bağlı: ABŞ zamanla yarışır
Region16:05
Türkiyə Dəməşq aeroportuna hərbi məqsədlə radar sistemi qurulması iddialarını yalanlayıb
Region15:59
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
Komanda15:57