Ukraynalı məşhur futbolçunun bütün titullarından məhrum edilməsi istənilib

Ukraynalı məşhur futbolçunun bütün titullarından məhrum edilməsi istənilib Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozub.
Futbol
275
9 Mart , 2022 15:40
Ukraynalı məşhur futbolçunun bütün titullarından məhrum edilməsi istənilib

Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozub.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) müvafiq komitəsinin yaydığı bəyanatda bildirilir.

Rəsmi açıqlamada qeyd olunur ki, hazırda Rusiya "Zenit"ində məşqçi kimi çalışan Timoşuk Ukrayna millisində keçirdiyi oyun sayında rekordçu, Ukrayna, Almaniya, Rusiya çempionu, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. Lakin yığmanın kapitanı Rusiyanın Ukraynaya hərbi təcavüzü başladıqdan sonra nəinki bununla əlaqədar açıqlama ilə çıxış edib, hətta işğalçı ölkənin klubu ilə əməkdaşlığını dayandırmayıb: "Keçmiş komandası Almaniya "Bavariya"sı Ukrayna lehinə aksiya keçirdiyi halda, o, susqunluğunu və işğalçının klubu ilə əməkdaşlığı davam etdirir. Belə bir düşünülmüş seçimi ilə keçmiş yarımmüdafiəçi Ukrayna futbolunun imicinə zərbə vurur, UAF-ın Etika və Ədalətli Oyun Kodeksini pozur".

Bunları nəzərə alaraq, Etika və Ədalətli Oyun Komitəsi Timoşukun UAF-ın Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyasından, Ukrayna çempionatı, kuboku və Super Kubokundakı bütün titullarından, dövlət mükafatları və fəxri adlardan məhrum olunmasını, yığmanın oyunçularının rəsmi reyestrindən çıxarılmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi