Ukrayna millisinin qapıçısı "Mançester Yunayted"ə keçə bilər
Futbol
- 23 aprel, 2024
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubunun və Ukrayna millisinin qapıçısı Andrey Lunin İngiltərə təmsilçisi "Mançester Yunayted"ə keçə bilər.
"Report" "TodoFichajes"ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Real"ın müqavilə müddətini uzatmaq təklifini qəbul etməyib.
Lunin hazırda zədəsini sağaltmaqda davam edən Tibo Kurtuanın əvəzləyicisi olmaq istəmir. “Mançester Yunayted” isə ona “Real”ın təklifindən daha üstün şərtlərlə müqavilə təklif etməyə hazırdır. Həmçinin ona komandanın əsas qapıçısı olacağı vəd ediləcək.
Qeyd edək ki, A.Lunin "Real"ın heyətində cari mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 matçda 25 qol buraxıb.
Son xəbərlər
12:36
ADY: Astara Terminalında yük aşırılması sentyabrda 52 % artıb
İnfrastruktur12:36
MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
Analitika12:34
Foto
MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası bitib - YENİLƏNİB
Xarici siyasət12:33
Gələn ay Sumqayıtda kalium sulfat fabriki açılacaq
Biznes12:27
Mariam Kvrivişvili: "Gürcüstan Dəmir Yollarına üç il ərzində 800 milyon dollara yaxın investisiya yatırılacaq"
İnfrastruktur12:24
Parisdə ikinci olan Sabir Zeynalov: "Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır"
Fərdi12:19
ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər
Biznes12:17
Foto
Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
Turizm12:15