UEFA "Qarabağ"la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd edib
Futbol
- 05 dekabr, 2023
- 05:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
"Report" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, "Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.
Son xəbərlər
14:49
Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Hadisə
14:32
R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Digər ölkələr
14:30
Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Ekologiya
14:23
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Energetika
14:21
"Arsenal"ın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
14:13
Yaponiyada imperator ailəsi haqqında qanuna dəyişikliklər qüvvəyə minib
Maraqlı
13:51
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
Digər ölkələr
13:39
"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
Energetika
13:28
İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Digər ölkələr