"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.
Foto: Ehtiram Cəbiyev
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hələlik matçda hesab açılmayıb.
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.