UEFA "Benfika"nın futbolçusunu "Real"la oyun öncəsi diskvalifikasiya edib
Futbol
- 23 fevral, 2026
- 19:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA-nın İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində "Real"la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.
"Report" xəbər verir ki, qurumun açıqlamasına görə, Prestianni UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğu üçün növbəti matçda oynaya bilməyəcək.
Bu qərar davam edən araşdırmanın nəticələrinə təsir etməyəcək.
Qeyd edək ki, Portuqaliyada keçirilən ilk oyunda "Kral klubu" 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu vuran Vinisiusun irqçi təhqirə məruz qaldığı bildirilib. İspaniya mətbuatı bu təhqirin Prestianni tərəfindən edildiyini yazıb. Cavab oyunu fevralın 25-də Madriddə keçiriləcək.
Son xəbərlər
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr