"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib

Futbol
  • 06 noyabr, 2026
  • 21:55
Neftçi Premyer Liqanın Zəfər turunda Kəpəzə qalib gəlib

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.