"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7 Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Futbol
31 Avqust , 2023 21:55
Qarabağ UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlardan Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

Foto: Ehtiram Cəbiyev

21:39

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu davam edir.

"Report"un məlumatına görə, hazırda ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlarda isə Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

21:05

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlarda isə Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

20:49

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlarda isə Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

20:36

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, qonaq komanda 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Rəqibin oyunçusu Dioqo Pinto fərqlənib.

20:24

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 24-cü dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

20:00

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.

Qeyd edək ki, səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

18:48

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Sloveniya "Olimpiya"sının start heyəti bəlli olub.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.

Baş məşqçi: Joao Enrike.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşdə iki cavabsız qolla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi