UEFA AFFA-ya 1 milyon avro ayıracaq
Futbol
- 12 fevral, 2016
- 09:55
Bakı. 12 fevral. REPORT.AZ/ Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının maliyyə tərəfləri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandalar, hakimlər, UEFA nümayəndələri və digər rəsmi şəxslərin Bakıda müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək.
Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.
Qeyd edək ki, 16 ölkənin qatılacağı Avropa çempionatı mayın 21-dək davam edəcək. İştirakçılardan biri təşkilatçı Azərbaycan yığması olacaq.
Son xəbərlər
09:50
Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb
Sənaye09:40
Azərbaycanda meyvə şirəsi istehsalı təxminən 5 % azalıb
Sənaye09:39
Rusiyada PUA zərbəsi nəticəsində "Ozon"un anbarında yanğın baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Region09:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.08.2026)
Maliyyə09:15
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
Futbol09:12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb
Digər ölkələr09:08
Xəzər dənizində zəlzələ olub
Hadisə08:46
Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb
Digər ölkələr08:23