Türkiyəli futbolçu: Azərbaycan millisi ilə oyunda ən böyük gücümüz azarkeşlərimiz olacaq

Türkiyəli futbolçu: Azərbaycan millisi ilə oyunda ən böyük gücümüz azarkeşlərimiz olacaq "Bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik"
Futbol
25 May , 2024 15:02
Türkiyəli futbolçu: Azərbaycan millisi ilə oyunda ən böyük gücümüz azarkeşlərimiz olacaq

Bu matçda ən böyük gücümüz azarkeşlərimiz olacaq. Ərzincanlı qardaşlarımızın tribunaları doldurmasını istəyirik.

"Report" xəbər verir ki, bunu Türkiyə millisinin qapıçısı Fatma Şahin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı keçirəcəkləri oyunla bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

33 yaşlı qolkiper görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Ərzincana gəldiyimiz üçün xoşbəxtik. Bir çoxumuz daha əvvəl burada olmamışıq. Gözəl mühitlə qarşılaşdıq. Stadion həqiqətən çox yaxşıdır. Komanda olaraq motivasiyalıyıq. Bundan əlavə, Ərzincan futbol tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək. Bu da bizə qismət oldu. Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik.

Qeyd edək ki, mayın 31-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi iyunun 4-də Türkiyə yığmasını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi