Türkiyə yığmasının baş məşqçisi: Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik

Türkiyə yığmasının baş məşqçisi: Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik.
Futbol
19 İyun , 2024 00:01
Türkiyə yığmasının baş məşqçisi: Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik

Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində Gürcüstan komandasına qarşı keçirdikləri oyunu dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis komandanın performansından razı qaldığını söyləyib: "Final mərhələsinə layiq matç oldu. Qapıya 22 zərbə vurduq. Performansı yüksək qiymətləndirdim. Sonra bir az rahatlaşdıq. VAR ikinci qola icazə vermədi. Lakin bu gün 50 yaşıma keçdiyimə görə ala biləcəyim ən yaxşı hədiyyə idi".

Qeyd edək ki, Türkiyə - Gürcüstan qarşılaşması birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi