Azərbaycan Premyer Liqasında mövsümü altıncı pillədə başa vuran “Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb.
“Report”un əldə etdiyi məlumata görə, onlardan ikisi yerli, ikisi isə əcnəbidir.
Ötən mövsümü icarə əsasında bölgə təmsilçisinin heyətində keçirən yarımmüdafiəçilər Turan Vəlizadə və Şakir Seyidov müqavilə ilə məxsus olduqları komandalara dönüblər. Məşqçilər korpusu “Neftçi” və “Sabah”ın oyunçularının qalmasında maraqlı olmayıb.
Qərblilər əcnəbilərdən isə cənubi afrikalı müdafiəçi Xulu Siyanda və nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu ilə vidalaşıblar. Hər iki afrikalının başa çatan sözləşməsinin yenilənməməsi qərara alınıb.
“Turan Tovuz”un heyətinə qatdığı ilk oyunçu isə Aydın Bayramov olub. “Sumqayıt”dan ayrılan 27 yaşlı qapıçı tovuzlularla müqavilənin bütün şərtlərini razılaşdırıb.