"Tottenhem" baş məşqçini vəzifəsindən azad edə bilər
Futbol
- 18 yanvar, 2026
- 18:05
İngiltərənin "Tottenhem" klubu yaxın vaxtlarda baş məşqçi Tomas Frankı vəzifəsindən azad edə bilər.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub 52 yaşlı mütəxəssisə dəstək göstərməyə və "Liverpul"da Arne Slotun sabiq köməkçisi Con Heytinqanı heyətə dəvət etməklə məşqçilər korpusunu gücləndirməyə çalışıb. Lakin İngiltərə Premyer Liqasının XXII turunda "Vest Hem"ə məğlubiyyətdən (1:2) sonra T.Frankın istefası gündəmə gəlib.
Hazırda mütəxəssisin gələcəyi ilə bağlı danışıqlar aparıldığı və qərarın çox tezliklə veriləcəyi bildirilib.
Qeyd edək ki, T. Frank 2025-ci ilin iyununda "Tottenhem"lə üçillik müqavilə imzalayıb. Komanda hazırda 27 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.
Son xəbərlər
18:53
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Xarici siyasət18:49
Azərbaycan Ələt ərazisində kritik mühüm minerallar habı yaradacaq
Sənaye18:46
ƏSF: Əmanətlərin sığortalanmasına dair yanlış məlumatlar əhalinin bank sisteminə etimadını azalda bilər
Maliyyə18:40
"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib
Digər ölkələr18:35
TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib
Xarici siyasət18:33
Foto
Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib
Biznes18:31
FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır
ASK18:31
Foto
AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
Biznes18:26
Foto