“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
“Report” xəbər verir ki, bu, Britaniyanın
Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olmaq ehtimalı 86 %-dir. “Opta” qeyd edib ki, Arne Slotun yetirmələrinin səfərdə “Tottenhem”i darmadağın etməsi (6:3) onların çempionluq şansını 4 % artırıb. Superkompüter ikinci favorit kimi turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Arsenal”ı görür. “Topçular”ın “Kristal Pelas”ı 5:1 hesabı ilə yenməsinə baxmayaraq, “Liverpul”un uğuru onların şansını 0,3 % azaldıb – 10,3 %. Londonun digər təmsilçisi “Çelsi”nin də, az da olsa, çempion olmaq şansı var. Lakin “zadəganlar”ın son turdakı xal itkisi bunu 5,5 %-dən 3,1 %-ə endirib.
Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin mövsümü birinci yerdə bitirmək ehtimalı isə getdikcə "suya düşür" – 0,6 %. “Şəhərlilər” XVII turda da məğlub olaraq uğursuzluq seriyasını davam etdirirlər.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.