İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub olub İngiltərə Premyer Liqasının 17-ci turunda “Aston Villa” “Mançester Siti”ni qəbul edib.
Futbol
21 Dekabr , 2024 18:46
İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub olub

İngiltərə Premyer Liqasının XVII turunda “Aston Villa” “Mançester Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi oyun “Villa Park”da baş tutub.

Matçda hesab erkən açılıb: 16-cı dəqiqədə Birminqem təmsilçisinin kolumbiyalı hücumçusu Con Duran komanda yoldaşı Morqan Rocersin ötürməsindən maksimum yararlanıb – 1:0. Qarşılaşmada növbəti qol 65-ci dəqiqədə vurulub: Rocers fərqi 2 topa çatdırıb. “Şəhərlilər”in gücü isə sadəcə bir qola çatıb: Fil Foden 90+3-cü dəqiqədə müdafiəçilərin səhvindən yararlanaraq qapıçı Emiliano Martinesi məyus edib.

Qeyd edək ki, bu qələbədən sonra Unay Emerinin komandası (28 xal) beşinci pilləyə yüksəlib. Xosep Qvardiolanın komandası (27) isə altıncı pilləyə geriləyib. “Mançester Siti” Premyer Liqada son səkkiz oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə yenilib. “Şəhərlilər” sonuncu dəfə evdə əzəli rəqibi “Mançester Yunayted”ə məğlub olmuşdular.

Premyer Liqada turnir cədvəlinin vahid lideri 36 xalla Arne Slotun rəhbərlik etdiyi “Liverpul”dur.

Son xəbərlər

Orphus sistemi