İngiltərə Premyer Liqasının XVI turunda “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.
“Report” xəbər verir ki, görüş "Etihad" stadionunda baş tutub.
Oyunda ilk qolu "Mançester Siti"nin heyətində 36-cı dəqiqədə Yoşko Qvardiol vurub. Amma meydan sahibləri hesabı sonadək qoruya bilməyiblər.
Belə ki, "Mançester Yunayted"dən Brunu Fernandeş 88-ci dəqiqədə penaltidən fərqlənib. Amad Diallo isə 90-cı dəqiqədə qələbə qolunu vurub.
“Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb, Ruben Amorimin komandasının 22 xalı var. “Mançester Siti” 27 xalla beşincidir.
“Mançester Yunayted” dekabrın 22-də “Bornmut”u qəbul edəcək. “Mançester Siti” isə ayın 21-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq.
Xatırladaq ki, komandalar tarixdə 195 dəfə qarşılaşıblar. “Mançester Yunayted” 80-ci qələbəsini qazanıb, “Mançester Siti” 61 dəfə güclü olub, 54 matç heç-heçə ilə bitib.