"Sumqayıt" "Keşlə"yə məğlubiyyətdən qurtuldu
Futbol
- 13 mart, 2021
- 17:14
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Keşlə" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaq komandadan hər iki qolu Azər Salahlı 4-cü və 74-cü dəqiqələrdə vurub. Lakin Cəmaləddin Xocaniyazov 48-ci, Rəhim Sadıxov isə 79-cu dəqiqədə meydan sahiblərinin bərabərlik qollarını vurub.
Bu nəticədən sonra xalını 26-ya yüksəldən "Sumqayıt" 4-cü, 17-ci xalını qazanan "Keşlə" isə 7-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" evdə "Sabah"ı yenib - 2:0. Tura martın 14-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq.
"Sumqayıt" "Keşlə"yə məğlubiyyətdən qurtuldu
Son xəbərlər
16:15
UEFA Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununa indiyədək 5 000 bilet satılıb
Futbol16:12
İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər
Xarici siyasət16:08
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Xarici siyasət16:03
Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var
Xarici siyasət16:02
İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib
Xarici siyasət16:00
Prezident: Almaniya şirkətləri Azərbaycanda fəal işləyir
Xarici siyasət16:00
İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
Xarici siyasət15:58
Merts: Azərbaycan və Ermənistanı Vaşinqtonda sənəd imzalamaları münasibətilə təbrik edirəm
Xarici siyasət15:56