Fərdi jurnalist, çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib
- 20 noyabr, 2026
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.
"Report" xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.
Belə ki, "Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları" , "Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" təsdiq edilib.
Müsabiqələrin qiymətləndirilməsi zamanı yazı və süjetlərin sosial şəbəkə hesabları üzrə - "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarında yayımlanması və qarşılıqlı əlaqə sayı nəzərə alınacaq.
Qeyd edilib ki, onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış göstəricilər əsasında aparılır. Göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır. Göstərilən sosial şəbəkələrdən hər hansı birində onlayn media subyektinə məxsus hesab mövcud olduqda həmin hesabın onlayn media subyektinə məxsusluğunun müəyyən edilməsi məqsədilə sosial şəbəkə hesabına keçid veb-saytda, veb-saytın domen adı isə həmin hesabın profil məlumatlarında yerləşdirilməlidir.
Xəbər yenilənir