Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb

Fərdi
  • 20 noyabr, 2026
  • 11:29
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

O, finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.