Sloveniya millisinin baş məşqçisi: Hesab edirəm ki, nəticə ədalətlidir

Sloveniya millisinin baş məşqçisi: Hesab edirəm ki, nəticə ədalətlidir Hesab edirəm ki, nəticə ədalətlidir.
Futbol
17 İyun , 2024 00:20
Sloveniya millisinin baş məşqçisi: Hesab edirəm ki, nəticə ədalətlidir

Hesab edirəm ki, nəticə ədalətlidir.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Sloveniya millisinin baş məşqçisi Matyas Kek Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Danimarka ilə oyundan sonra deyib.

Mütəxəssis ilk hissədə rəqibə həddindən artıq hörmət etdiklərini söyləyib: “Çox fərqli iki hissə gördük. İlk hissədə rəqibə həddən artıq hörmət etdik, amma sonra daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı oynadıq, ancaq qol buraxdığımız epizodda sadəlövh idik. Azarkeşlər bizə inanılmaz dəstək verirlər. Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət edirlər. Bütün bunları gördüyüm üçün şadam və hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Sloveniya və Danimarka yığmaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Danimarkanın yeganə qolunu vuran Kristian Eriksen matçın ən yaxşı futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi