Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Report"un AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupunda oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.
Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkrinyar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Ondrey Duda, Laslo Benes, Tomaş Riqo, Patrik Qroşovski, Matuş Bero, Kristian Herts;
Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.
Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.