Serbiyalı futbolçu: "Sumqayıt"la ilk oyunda çox şey həll edilə bilər"

Serbiyalı futbolçu: "Sumqayıt"la ilk oyunda çox şey həll edilə bilər" "Bizim bütün diqqətimiz "Sumqayıt"la oyunlaradır"
Futbol
20 İyul , 2021 10:09
Serbiyalı futbolçu: Sumqayıtla ilk oyunda çox şey həll edilə bilər
Srcan Miyailoviç

"Artıq "Sumqayıt"ın üstün və çatışmayan cəhətləri haqqında məlumat toplamışıq. Təbii ki, Avropada asan rəqib yoxdur. Lakin ilk qarşılaşmada çox şey həll ola bilər".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" klubunun futbolçusu Srcan Miyailoviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı serbiyalı yarımmüdafiəçi Belqraddakı qarşılaşmada azarkeş dəstəyinin onlara əlavə üstünlük verəcəyini söyləyib: "Bizim bütün diqqətimiz "Sumqayıt"la oyunlaradır. III təsnifat mərhələsi haqqında isə qətiliklə düşünmürük".

Qeyd edək ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu cütün qalibi növbəti raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi